Neftçala məktəbliləri “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda inşa yazıblar
27.11.2016 AZƏRTACNeftçala məktəbliləri arasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda inşa müsabiqəsi keçirilib.
İnşa müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb.