Fəaliyyətlər
ŞƏHİD AİLƏRİNƏ, QARABAĞ QAZİLƏRİNƏ VƏ SAĞLIQ PROBLEMİ YAŞAYAN, ELƏCƏ DƏ MADDİ ÇƏTİNLİK YAŞAYAN ƏHALİYƏ SOSİAL YARDIMLAR
Ağdam rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq kəllə-beyin zədəsi almış, 1995-ci ildən II qrup Qarabağ əlili, 5 övlad atası M.V.T. oğluna, 1998-ci ilin noyabrından etibarən hər ay ianə yardımı edilib.
*****II qrup 20 Yanvar faciəsi əlili, Neftçala şəhərində yaşayan A.A.X. oğluna, 1998-ci ilin dekabrından etibarən hər ay ianə yardımı edilib.
*****“Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti tərəfindən ağır sosial-maddi vəziyyətdə yaşayan 5 qaçqın, Qarabağ əlili və şəhid ailəsinə (Qasımova S.A., Tağıyev Ə.M., Babayeva G.Q., Məmmədov R.R., Şirəliyev İ.Y.). 02.01.1999-cu il tarixindən etibarən 50.000 manat məbləğində aylıq yardım edilib.
*****Neftçala rayonu İcra Hakimiyyətinin başçısı S. Məmmədovun müraciətinə əsasən, 5 (beş) Qarabağ şəhidi və 2 (iki) nəfər ictimai xadimin məzarı üzərində qranitdən abidə ucaldılıb, məzarların üstünü və ətrafının abadılaşdırılması məqsədilə birdəfəlik ianə yardımı edilib.
*****Neftçala rayonu Xıllı qəsəbə sakini II qrup Qarabağ əlili Süleymanov Zaurun müalicəsinə kömək göstərilib.
*****Çernobıl Əlilləri Cəmiyyətinin üzvlərinə maddi köməklik məqsədilə 500.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****“Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə, 1 iyun 2001-ci il - Uşaqların Beynəlxalq Müdafiəsi günündə talassemiyalı uşaqlara kömək məqsədilə Bakı və Gəncə şəhərlərində qanvermə tədbirləri keçirilib. Bu aksiya il boyu davam etdirilib.
*****Rayonda yaşayan Qarabağ müharibəsi şəhid və əlil ailələrinin, imkansız və aztəminatlı ailələrin uşaqları, xəstə, əlil, şikəst və uşaq baxçalarında tərbiyə alan uşaqlar üçün yeni il şənlikləri keçirilib və uşaqlara 500 ədəd Yeni il hədiyyələri paylanılıb.
*****Ailəsinə maddi kömək məqsədilə Səttərxan adına Maşınqayırma Zavodunun yataqxanasında yaşayan Cəbrayıl qaçqını Y.Z.C. qızına 60.000 manat, başındakı xəstəliyin müalicəsi üçün Neftçala rayon sakini Q.Ə-ə.100.000 manat, Neftçala şəhərindəki hərbi hissədə işləyən, 20 Yanvar faciəsinin iştirakçısı Ə.M-ya 660.000 manat məbləğində yardım edilib. İanə yardımları Cəmiyyətə daxil olmuş ianə vəsaitləri hesabına ödənilib.
*****Ölkəmizin ərazi bütövlüyü uğrunda Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş, şəhid İlqar İsrafil oğlunun sınmış qranit daşının əvəzinə, Cəmiyyət hesabına yeni, qranit baş daşı düzəltdirilərək 20.03.2000-ci il tarixinə qədər quraşdırılıb. Bu məqsədlə şəhidin atası Məhəmmədov İsrafilə birdəfəlik ianə yardımı təyin edilib.
*****Şorsulu – Xolqarabucaq – Neftçala şəhər yolunun təmiri üçün cəmiyyətin xətti ilə vəsait ayrılıb. Cəmiyyətin tərəfindən xahiş olunub ki, yolun təmiri ilə əlaqədar lazımi işlərin görülməsinə nəzarət edilib.
*****Türkiyədə baş vermiş təbii fəlakət – zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaş ölkənin zərərçəkmiş vətəndaşlarına kömək məqsədilə 2,250.000 manat məbləğində ianə yardımı təyin edilib.
*****Əkin işlərinin aparılması üçün Qarabağ Əlilləri Cəmiyyətinin Neftçala rayon şöbəsinə 4.000.000 manat məbləğində ianə yardımı göstərilib.
TƏHSİL VƏ SƏHİYYƏ SAHƏSİNƏ EDİLƏN YARDIMLAR
Neftçala rayonunda İstisu Müalicəsi Mərkəzinin yaradılmasına kömək məqsədilə Neftçala rayon sakini Hüseyn Zahidova 700.000 manat məbləğində birdəfəlik ianə yardımı edilib.
Neftçala rayon Mərkəzi xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin damının təmiri və şifer alınması üçün 1.800.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib. Yardım, şöbənin müdiri Səfadər Əmiraslanova verilib.
*****Masallı “İstisu” sanatoriyasında bir vanna otağının yüksək səviyyədə təmiri, otağın vanna və digər lazımi avadanlıqlarla təminatı məqsədilə 2.500.000 manat məbləğində ianə vəsaiti ayrılıb.
*****Müraciəti nəzərə Neftçala rayon məktəblərinin damlarının təmiri üçün şifer və ruberoid alınması məqsədilə Neftçala rayon Təhsil Şöbəsinə 5.500.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Qərargahının təmirinə və lazımi avadanlıqlarla təchizatına kömək, qışa hazırlıqla əlaqədar Qarğalıq kənd orta məktəbi üçün odun tədarük edilməsi məqsədilə, Cəmiyyətin Masallı dayaq şöbəsinə cari ilin dekabr ayında 250.000 manat, 2000-ci ilin yanvar ayında 900.00 manat, fevral ayında isə 450.000 manat məbləğində ianə yardımları edilib.
*****Neftçala rayonunun Aşağı Xıllı qəsəbə orta məktəbin sinif otaqları və idman zalının təmir etdirilməsi (boya və digər ləvazimatların alınması) məqsədilə 1.000.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Neftçala rayonu 2 saylı Körpələr Evinin damına şifer alınması məqsədilə Cəmiyyətin Neftçala dayaq şöbəsinə 440.000 manat məbləğində birfədəflik ianə yardımı edilib.
*****
4 saylı uşaq baxçasının təşkili və təmirinə kömək məqsədilə (baxçanın damının, əz-üz yuma otağında kranların təmiri və uşaqların yeməklərinə əlavə ət, meyvə-tərəvəz məhsulları alınması üçün) Cəmiyyətin Salyan rayon dayaq şöbəsinə 1 (bir) il müddətində aşağıdakı məbləğdə yardımlar təyin edilib:
- 1999-cu ilin oktyabr, noyabr və dekabr aylarında, ayda 350.000 manat;
- 2000-ci ilin ilk 6 (altı) ayı (yanvar-iyun) ərzində, ayda 250.000 manat;
- 2000-ci ilin iyul, avqust və sentyabr aylarında, ayda 250.000 manat.
Abışov Məhəmməd və Abışov Bəxtiyarın ali məktəbdə təhsil haqqlarının ödənilməsinə kömək məqsədilə Abışov İbrahimə 4.500.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Qəhrəmanov Fuad Yenifail oğlunun 01-14 iyul, 2001-ci il tarixlərində Amerikanın paytaxtı Vaşinqton şəhərində keçiriləcək 42-ci Beynəlxalq riyaziyyat Olimpiadasında iştirak etməsinə kömək məqsədilə Qəhrəmanova Tutuxanım Ərkədus qızına 450.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Respublika birinciliyində iştirakına maddi köməklik məqsədilə Gənc Diplomatlar Birliyinə 460.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Xaricdə hərbi təhsilinin davam etdirilməsinə dəstək məqsədilə müdavim A.Y.-a 3.000.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****
MƏDƏNİYYƏT SAHƏSİNƏ EDİLMİŞ YARDIMLAR
“Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin prezidenti A.Kərimovun Neftçala rayonunun Aşağı Qaraymanlı kəndində öz şəxsi vəsaiti hesabına iki minarəli yarımçıq qalmış məscid binasının inşası davam etdirilib. Hesablamalara görə, məscidin tikintisinin tamamlanması və kənd sakinlərinin arzusu ilə əlavə iki minarənin inşa edilməsi üçün təqribən 130-140 milyon manat məbləğində pul vəsaiti lazım olub. Bundan başqa məscidin tikintisində işləyən fəhlələrə də ayklıq əmək haqqı verilib.
1997-ci ilin sonunda məscidin binası tam hazır olub.
Neftçala rayonu Aşağı Surra kənd sakinlərinin müraciətlərini nəzərə alaraq, kənddə mövcud olan 2 km uzunluğunda su kanalının içinin lildən təmizlənməsi və bu kanalın əlavə olaraq 2 km. uzadılması üçün işlədilən traktora yanacaq alınması məqsədilə Cəmiyyətin Aşağı Surra dayaq şöbəsinə 900.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Neftçala şəhər Mədəniyyət Sarayının rəqs ansamblının bədii rəhbəri və müəllimlərin əmək haqlarına, eləcə də zəruri çalğı alətləri və paltar alınmasına kömək məqsədilə kollektivə 550.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib. İanə yardımı ansamblın bədii rəhbəri C.T.A. qızına verilib.
*****Neftçala rayonunun Xıllı qəsəbə məscidinin təmiri və bərpası ilə əlaqədar olaraq Cəmiyyətin Neftçala dayaq şöbəsinin üzvü, Xıllı məscidinin mollası Məhəmmədov Elşad Qəzənfər oğlunun fəaliyyəti təqdirəlayiq sayılıb və məscidin bərpasını tamamlamaq məqsədilə ona 190.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Neftçala rayonu Qoltuq kənd məscidinin təmirinə tələb olunan sementin alınması üçün Cəmiyyətin Neftçala dayaq şöbəsinə 440.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Neftçala rayonunun Aşağı Qaraymanlı kənd məscidinin lampalar və neftlə işləyən qızdırıcı “maşinka” təminatı üçün 130.000,0 manat, 75 metr 50 mm-lik və 60 metr 25 mm-lik rezin şlanq alınmasına isə 183.000,0 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Aşıqlar Birliyinin növbəti qurultayının keçirilməsinə kömək məqsədilə “Ozan” ictimai-siyasi, ədəbi-publisistik qəzetinə 100.000 manat məbləğində birdəfəlik ianə yardımı göstərilib.
*****Tiflis Azərbaycan Dövlət Dram Teatrının direktoru İftixar Piriyevin müraciətinə əsasən, Tiflis Azərbaycan Dövlət Dram Teatrının tarixi barədə bədii film çəkilməsinə dəstək məqsədilə 1.500.000 manat məbləğində ianə yardımı təyin edilib.
*****Səttarxan adına Maşınqayırma zavodunun Mədəniyyət və Texnika Sarayının giriş qapısının dəyişdirilməsi üçün 2.280.000 manat məbləğində ianə yardımı edilib.
*****Bakı-Şəmkir istiqamətində qastrola çıxacaq “Aşıq Pəri” Məclisinin nəqliyyat xərclərinin ödənilməsinə kömək məqsədilə 700.000 manat, Məclisin 15 illik yubiley mərasiminin R.Behbudov adına Mahnı Teatrında keçirilməsi üçün tələb olunan 1.320.000 manat məbləğində icarə haqqı üçün ayrılıb. Bundan başqa, şeirlər kitabının nəşrinə dəstək məqsədilə “Aşıq Pəri” Məclisinin üzvü, şairə Səadət Butaya dəstək verilib.
*****Fəaliyyətə başlamasına və təşkilati məsələlərin həllinə kömək məqsədilə Ziyalılar Klubuna 1999-cu ilin oktyabr ayında 250.000 manat, noyabr ayında isə 800.000 manat məbləğində ianə yardımı təyin edilib. Yardım, Ziyalılar Klubunun rəhbəri Əlisəmid Kürə verilib.
*****Əmək haqlarına əlavə kömək, 40 metr pərdə, 1 ədəd zərb aləti və 1 ədəd kalonkalı stereo-maqnitafon alınması üçün Neftçala şəhər Mədəniyyət Sarayı Rəqs Ansamblının rəhbəri Rəna Sultanovaya, eləcə də rəqs müəllimlərinə və ansamblın bədii rəhbərinə maddi kömək məqsədilə birdəfəlik ianə yardımı təyin edilib.
*****İstedadlı gənclərdən ibarət “Gan-A-Kan” rep qrupunun fəaliyyətinə maliyyə köməkliyi göstərilməsi məqsədilə qeyri-hökümət təşkilatı olan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatına (ADTGT) 200.000.0 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
*****Milli rəsqimizin inkişafında xidmətlərinə görə və yaradıcılığının 40 illiyi münasibətilə Səttərxan adına Maşınqayırma Zavodunun Mədəniyyət Sarayı “Coşqun” rəqs ansamblının bədii rəhbəri, respublikanın əməkdar mədəniyyət işçisi Aslanov Əlikram Mirələskər oğlu Cəmiyyətin “Ləyaqət diplomu” ilə təltif edilərək qiymətli hədiyyələrlə mükafatlandırılıb.
MİLLİ MƏTBUATA YARDIM
Neftçalada nəşr olunan “Gündoğan” qəzetinin baş redaktoru Alik Orucovun müraciətinə əsasən, böyük maliyyə çətinliyilə üzləşmiş mətbu orqanının nəşrinə yardım məqsədilə birdəfəlik ianə yardımı təyin edilib.
“Şərqi” jurnalının baş redaktoru Leyla Abdullayevanın müraciəti əsasında nəşrin davamlı işıq üzü görməsinə maliyyət dəstəyi ayrılıb. Nəinki respublikada, habelə xarici ölkələrdə də yayımlanan “Şərqi” jurnalına 1.320.000 manat məbləğində birdəfəlik ianə yardımı təyin olunub.
İDMANA YARDIM
Boks üzrə yeniyetmələr arasında respubika çempionatında iştirakına maliyyə köməkliyi məqsədilə boksçular Əhmədov Tofiqə 50.000,0 manat və Təhməzov birdəfəlik ianə yardımı təyin edilib.
Xorvatiyada keçiriləcək Gənclər arasında Avropa birinciliyində ölkəmizin təmsilçisinin iştirakının təmini məqsədilə boksçu, Azərbaycan çempionu Nəriman Əhmədova 9.650.000 manat məbləğində ianə yardımı təyin olunub.
*****Beynəlxalq usta Rüfət İsgəndər oğlu Bağırovun Yunanıstanda keçiriləcək Avropa birinciliyində ölkəmizi təmsil etməsi məqsədilə səfərin nəqliyyat xərcləri ödənilib.
*****Neftçala rayonu Uşaq–Gənclər Şahmat İdman Məktəbinin direktoru Babayev Pirverdi müəllimin təkrar müraciətini nəzərə alaraq, məktəbin cari təmirinə kömək məqsədilə bu təsdiq edilmiş smetaya uyğun 7.440.000 manat məbləğində ianə yardımı göstərilib.
*****Azərbaycan Respublikası Sərbəst və Yunan-Roma Güləş Federasiyası prezidentinin 03 sentyabr 2001-ci il tarixli 30 saylı müraciətini nəzərə alaraq, ABŞ-ın Nyu-York şəhərinə getməsinə kömək məqsədilə güləşçimiz Əliyev Əhədə dəstək verilib.
*****Məşhur idmançı Vladimir Monomaxın xatirəsinə həsr edilmiş beynəlxalq yarış keçirilib. Bu yarışda müvəffəqiyyətlə hakimlik etmiş beynəlxalq dərəcəli hakim Novruzov Qismət Alış oğlunun yol xərclərinə sərf etdiyi pul vəsaitinin qismən ödənilməsi məqsədilə ona 700.000 manat məbləğində birdəfəlik ianə yardımı verilib.
*****Respublika birinciliyində iştirakının təminatı məqsədilə Neftçala rayonu yeniyetmələrdən ibarət boks komandasına 400.000,0 manat məbləğində birdəfəlik ianə yardımı təyin edilib.
Şəxslərə və təşkilatlara yardımlar, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinə daxil olmuş ianə vəsaitləri hesabına ödənilib.