HAQQIMIZDA
“KÜR-XƏZƏR” Xeyriyyə İctimai Birliyi haqqında
Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi 13.01.1993-cü il də dövlət qeydiyyatına alınmış "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin hüquqi varisidir.
İctimai Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüququ bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Birliyin əsas məqsədi xeyriyyə fəaliyyətini həyata keçirilməsindən ibarətdir.
Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• Əhalinin sosial müdafiəsi, sosial rifahının təmin edilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
• qaçqın və məcburi köçkünlərə, kimsəsiz uşaqlara, əlillərə aztəminatlı ailələrə maliyyə yardımı etmək;
• əhali arasında milli-mənəvi dəyərləri təbliğ etmək, vətənpərvərlik ruhunun yüksəldilməsinə kömək etmək;
Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
• elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
• ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqələr əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;
• məqsədi və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
• Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
1993-cü ildən fəaliyyət göstərən “KÜR-XƏZƏR” Xeyriyyə İctimai Birliyinin respublikanın bir çox rayonlarında özək təşkilatları mövcuddur. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir kimi şəhərlərdə, həmçinin Lənkəran, Cəlilabad, Neftçala, Salyan, Masallı və digər rayonlarda fəaliyyət göstərir. “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin nəzdində “Kür-Xəzər”qəzeti buraxılır. Cəmiyyətin aktiv olaraq 200.000 nəfərdən çox üzvü və 100000-dan çox dəstək verən kontingenti var.
Bu müddət ərzində Birlik, məscidlərin, məktəblərin, uşaq baxçalarının, kənd yollarının, su kanallarının çəkilməsində, təmirində və bərpasında, şəhid məzarlarının düzəldilməsində daim aktiv iştirak edib, Qarabağ əlillərinə, şəhid ailələrinə, yardıma ehtiyacı olan vətəndaşlara yardım əlini uzadıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Azərbaycan təbiət abidələri” kitabının, saytının yaradılmasını həyata keçirib.
Həmçinin, bu günə qədər bir sıra tanınmış yazıçıların, şairlərin 50-dən çox kitabının nəşrinə dəstək olub. Böyük nüfuza və potensiala malik Cəmiyyət, xeyriyyəçilik fəaliyyətilə ilk gündən insanların rəqbətini qazanıb. Bir sıra dövlət qurumları (Respublika Təhsil Şurası, Təhsil Nazirliyi, Nazirlər Kabineti, Azərbaycan Dəmir Yolları Səhmdar Cəmiyyəti, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, TUSİAB, SOCAR əməkdaşları), eləcə də bütün ali və peşə təhsili müəssisələri (universitet və texnikumlar) qurumu dəstəkləməklə qalmır, həm də Cəmiyyətin fəal üzvü olur, öz xeyriyyəçilik missiyalarını əsirgəmirlər.
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi nəzdində “Yardım” Çağrı Mərkəzini yaratmaqda məqsəd, ölkədə və xaricdə yaşayan Azərbaycan vətəndaşlarına bütün sahələrdə dəstək göstərmək, problemlərin həllində düşgün istiqamət verməklə vaxta və vəsaitlərə qənaət etməkdir. Mərkəzə daxil olan zənglər, başqa ölkələrin çağrı mərkəzləri ilə müqayisədə daha sərfəli olacaq. Əldə edilən vəsaitlər isə xeyriyyə məqsədlərinə xərclənəcək. Niyyətimiz 24 saat ərzində ilk mərhələdə 500 nəfərin zəngini qəbul etmək, növbəti mərhələlərdə isə müraciət sayını 10.000-dən yuxarı qaldırmaqdır. Cəmiyyətə müraciət edən vətəndaşlara, istiqamətləndirəcəyimiz aidiyyatlı sahələrdə (yüksək tibbi və hüquqi xidmət, iaşə, ticarət, nəqliyyat, xaricdə təhsil, otel, şadlıq evləri, notarial xidmətlər və s.) 10%-dən 30%-ə qədər endirim ediləcək. Habelə, hər hansı bir məsələnin həlli üçün müraciət olunacaq orqanlarda növbədənkənar qəbul, məsləhətlər, işə qəbul və digər suallarla bağlı yardım göstərməyi planlaşdırırıq.
Bu layihəmizin gerçəkləşməsi üçün bütün sahələr üzrə mütəxəssislərlə müqavilələrimiz mövcuddur və gələcəkdə bu işbirliyin əhatə dairəsini daha da genişləndirməyi düşünürük. “Yardım” Çağrı Mərkəzi xidməti Azərbaycanın bütün bölgələrində keçərlidir.