Xəbərlər

Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçiriləcək - Video

Şuranın dəstəyilə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimat mərasimi oktyabrın 15-də Neftçala Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bu barədə QHT.az-a "Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov məlumat verib.

Təşkilat sədri qeyd edib ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.


İlk təqdimat da məhz millim qəhrəmanın doğulub, boya –başa çatdığı Neftçala rayonunda baş tutacaq.

Tədbirdə rayon rəhbərliyi, ziyalıların və rayon ictimaiyyətinin iştirakı nəzərdə tutulub.

Layihə rəhbər Akif Krimov, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.

Samid İmanova həsr olunmuş "İgidim" marşının söz və musiqi müəllifi Gülqədəm Mirzəzadədir

Filmin Bakı şəhərində də təqdimatı nəzərdə tutulub