Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında filmin çəkilişləri davam edir

"Kür - Xəzər" xeyriyyə ictimai birliyi Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” sənədli filminin çəkilişlərini davam etdirir.

Bu barədə QHT.az-a məlumat verən təşkilatın sədri Akif Kərimov bildirib ki, filmin yaradıcı qrupu Milli qəhrəmanın döyüş dostları və ailə üzvləri görüşərək çəkilişlər aparılıb. Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində çəkilir. Filmin yaradıcı heyəti hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, tanınmış jurnalist, ssenarist, rejissor, Qarabağ müharibəsi veteranı İlham Tumas, tanınmış jurnalist Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və jurnalist –rejissor Anar Şuşalıdan ibarətdir.