Xəbərlər

"Kür - Xəzər" xeyriyyə ictimai birliyi “Yüksəlişin sirri” sənədli filminin çəkilişlərinə başlayıb

"Kür - Xəzər" xeyriyyə ictimai birliyi “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçrilir.



Layihə çərçivəsində hazırlanacaq “Yüksəlişin sirri” sənədli filminin yaradıcı qrupu artıq çəkilişlərə start verib.

May ayının 5-də layihə heyəti və yaradıcı heyət Milli Qəhrəmanın doğulduğu Neftçala rayonuna səfər ediblər.

Təşkilatın sədri Akif Kərimov bildirib ki, səfər çərçivəsində Milli Qəhrəmanın anadan olduğu evdə və təhsil aldığı məktəbdə çəkilişlər aparılıb. Samid İmanovun valideynlər, müəllimləri və dostları onunla bağlı xatirələrini danışıblar.

Növbəti çəkilişlərinin Bakı şəhərində davam edəcəyini bildirən təşkilat sədri qeyd edib ki, burda həyat yoldaşı, komandirlər və döyüş dostları ilə müsahibələr və reportajlar hazırlanacq.

Təşkilat rəhbəri əlavə edib ki, Layihə Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanov haqqında sənədli filminin hazırlanması və onun qəhrəmanlığı timsalında vətənpərvərlinin təbliğidir. Film qəhrəmanın doğulduğu rayonda geniş ictimaiyyətə təqdim olunacaq. O cümlədən filmin Bakı şəhərində geniş ictimaiyyət üçün nümayişi nəzərdə tutulub.

Filmin yaradıcı heyəti hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, tanınmış jurnalist, ssenarist, rejissor, Qarabağ müharibəsi veteranı İlham Tumas, tanınmış jurnalist Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və jurnalist –rejissor Anar Şuşalıdan ibarətdir.