Xəbərlər

Fransız jurnalisti və yazıçısı Jerar Kardon ilə görüş keçiriləcək

Hörmətli QHT rəhbərləri!

QHT rəhbərlərin iştirakı ilə iyulun 28-də saat 10:00-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (Mehdi Hüseyn 1, AZTV-nin yanında) Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas ilə görüş keçiriləcək.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində reallaşır.

QHT rəhbərləri dəvətlidir!
Kür-Xəzər Xeyriyyə İctimai Birliyi