Xəbərlər
"Kür -Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov N saylı hərbi hissədə olub.
"Kür -Xəzər" Xeyriyyə İctimai Birliyinin də üzv olduğu İşğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlərə qatılıblar. Forum üzvləri Akif Nağı, Mehdi Mehdiyev, Soltan Əliyev, Radə Abbas, Akif Kərimov, Azər Həsrət, Emin Həsənli, Tahirə Məmmədova, Cəsarət Hüseynzadə, Mətanət Əsgərqızı N saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə görüşüblər. Hərbi hissədə olan Forum üzvləri əsgərlərin şəraiti ilə maraqlanıblar.
Əsgərlərin yataq yerləri, camaşırxana, tibb məntəqəsi, istirahət otaqları ilə tanış olan Forum üzvləri hərbi hissənin əsgərləri ilə 1918-ci ilin mart hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin bu günü ilə bağlı söhbətlər ediblər. Forum üzvləri dövlətin ordumuza qayğısının nəticəsi olaraq zəfər yürüşlərində qələbə çalacaqlarını, faciələrimizi unutmayacaqlarına inamlarını dilə gətiriblər. Daha sonra Forum üzvləri əsgər yeməkxanasında onlarla birgə yemək yeyiblər. Xatirə şəkilləri çəkdiriblər.