Layihələr
Hamımızın vətəndaşlıq borcu: təbiətimizin mühafizəsi

“Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi 2009-cu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın tarixi abidələrinin, obyektlərinin tanıdılması və mühafizə edilməsi məqsədilə Azərbaycan, ingilis, rus dillərində kataloqun, internet saytın yaradılması, qısametrajlı sənədli filmin çəkilişi” adlı layihə həyata keçirib.
3 (üç) mərhələdən ibarət olan layihənin birinci mərhələsində Gəncə, Samux, Naftalan, Yevlax, Qazax, Gədəbəy, Ağstafa, Göy-Göl, Goranboy, Tovuz, Şəmkir, Daşkəsən rayonlarındakı təbiət abidələri və obyektləri tədqiq olunnuşdu. Belə ki, layhənin işçi qrupu adı keçən rayonlarda olmuş, təbiət abidələrinin yerini müəyyənləşdirmiş, “Təbiət abidələri” adlı sənədli filmin çəkilişlərini və eyni adlı kataloqun nəşrini, www.tebietabideleri.az adlı saytın yaradılması işini başa çatdırmışdı.
Layihənin reallaşdırılmasına dövlət tərəfindən ayrılmış vəsaitlə yanaşı, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin daxili maliyyə imkanlarından da istifadə olunmuşdu.