Azərbaycançılıq

Azərbaycançılıq ideologiyasının təhsil müəssisələrində təşviqi məsələlərinə dair

Ənvər İMANOV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin direktor müavini
pedaqogika üzrə fəlsəfə doktoru

Zəmanəmizin görkəmli siması, sağlığında şəxsiyyəti, özündən sonra qoyub getdiyi əvəzsiz irsi ilə dünya dahiləri sırasında dayanan Böyük Azərbaycanlı ümummilli li-derimiz Heydər Əliyevazərbaycançılıq ideologiyasının yorulmaz təblığçisi və təşviqçisi olmuşdur. Heydər Əliyev öz həyatı və fəaliyyəti ərzində azərbaycançılıq ideologiyasının təcəssümü olmuş vəömrü boyu həyata keçirdiyi ölkə və beynəlxalq miqyaslı tədbirlərləbu ideologiyanın təşviqi sistemini yaratmışdır.Bütün ölkə, ictimaiyyət və beynəlxalq aləmdə görkəmli siyasətçi və dövlət xadimi kimi tanınmış Ulu öndərimizin azərbaycançılıq ideyalarının bu gün yetişməkdə olan gənc nəslə çatdırılması daha çox təhsil işçilərinin öhdəsinə düşən şərəfli vəzifə borcuna çevrilmişdir.

İkinci minilliyi və üçüncü minilliyin şəxsiyyətləri sırasında layiqli yer alan Heydər Əliyevin həyatı və zəngin ictimai-siyasi fəaliyyəti bütün ölkə vətəndaşları, xüsusilə gənclər üçün əsl həyat məktəbi, vətənə, xalqa, dövlətə və dövlətçilik ideyalarına sədaqət və məhəbbətin parlaq nümunəsidir. Bu tarixi zərurəti nəzərə alaraq Azər-baycan Respublikası Təhsil Naziriliyi tərəfindən təhsil müssisələrində Heydər Əliyev irsinin təhsilalanlara öyrədilməsi məqsədilə keçirələn sistemli tədbirlərlərmütamadi həyata kemirilməkdədir. Bu tədbirlərdəAzərbaycanın müstəqilliyinin qorunub saxlan-masında, beynəlxalq aləmdə nüfuz dairəsinin genişlənməsində, cəmiyyətdə mənəvi-əxlaqi yetkinliyin bərqərar olmasında, iqtisadi-sosial sahələrin inkişafında, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin tarixi irsi, müstəsna idarəçilik istedadı, yenilməz şəxsiyyətini şərtləndirən keyfiyyətləri illər ötdiikcə daha dərindən öyrənilməsi, gənc nəslin Heydər Əliyevin nümunəsində,xüsusilə onun azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunması təhsil orqanları və pedaqoji kollektivlərin ən ümdə vəzifəsidir.Bu gün Azərbaycanda bütün təhsil pillələri və səviyələrində,məktəbəqədər təhsil, ümumi təhsil,ilk peşə-ixtisas təhsili,orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsilalanların yaş və pedaqoji xüsusiyyətləri nəzərə alınmaqlaUlu öndərin azərbaycançılıq ideologiyasının öyrənilməsi,bu əsasda da vətəndaş yetişdirilməsi mühüm bir hədəf kimi qarşılanır.

Azərbaycan Respublikasının biitün təhsil miiəsisələrində Ümummilli lider Heydər Əliyevin irsinin, o cümlədən azərbaycançılıq ideologiyasının təbliği və təşvii üzrə xüsusi tədbirlər müəyyənləşdirirlərək həyata keçirilməkdədir. Bu sıradan təhsil sistemində özünəməxsus yeri olan orta ixtisas təhsili müəssisələrində həyata keçirilən tədbirlər maraqlı və rəngarəngdir. Orta ixtisas təhsili müəssisələri sırasında Azərbaycan Dövlət Pedaqoji (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci),Milli Konservatoriya nəzdində Musiqi,Rəssamlıq Akademiyası nəzdində İncəsənət,Bakı Humanitar,Bakı 1 və 2 nömrəli Tibb,Sumqayıt Dövlət Texniki,Şuşa Humanitar,Şirvan Dövlət İqtisadiyyat və Humanitar,Ağdaş Dövlət Humanitar,Göyçay Dövlət İdarəetmə və Texnologiya və s. kolleclərtədris işinin təşkili sahəsində olduğu kimi, ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi və gənclər arasında təbliği sahəsində də tədbirlərin mərkəzinə çevrilmişdir.Təsadüfi deyil ki,siyahıda adları qeyd olunan kolleclər mövzu üzrə Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş Ümumrespublika yarış, baxış,müsabiqə,festival və bu kimi tədbirlərdə ilk yerləri tutmuşlar.Orta ixtisas təhsili müəssisələlərində vaxtaşırı olaraq kollec rəhbərlərinin,əməkdaşlarının tədris və tərbiyə prosesində çıxışları, eləcə də müəllim və tələbələrin respublika tədbirlərində, KİV-də Ulu öndərin irsinin tədqiqi və təbliği ilə əlaqədar çıxışlarının və həyata keçirilmiş işlərin və bu barədə hesabatların şahidi olmuşuq. Həmin tədbirlər haqqında yazılanları vərəqlədikcə istər-istəməz xalqın-hər bir azərbaycanlının Heydər Əliyev şəxsiyyətinə tükənməz məhəbbətinin şahidinə çevrilirik. Kolleclərdə Heydər Əliyevin azərbaycançılıq ideyası üzrə materiallar bir neçə qismə bölünür. Belə ki, Heydər Əliyev haqqında çoxsaylı çıxışları, dərc olunmuş nəşrləri və mətbu əsərləri,dünyanın aparıcı dövlət başçılarının və nüfuzlu siyasi xadimlərin Heydər Əliyev haqqında fükirləri,tələbələrin Ümummilli liderin həyat və fəaliyyətinin tədqiqi sahəsində qələmə aldıqları müxtəlif növ yazı nümunələri və s.kolleclərdə yaradılan Heydər Əliyev mərkəzi və guşələri,daimi fəaliyyət göstərən lektoriyalar onun azərbaycançılıq ideyalarının təşviqinin sınanmış üsullarından biri kimi qəbul oluna bilər.

Bu sahədə görulən işlərin sistemini bir kollecin nümunəsində nəzərdən keçirmək daha maraqlı olar. Azərbaycan təhsilinin inkişafındaöz tarixi əhəmiyyəti ilə, idarəçilik sahəsində demokratikliyi,uzun illər boyu tədris prosesinin təşkilində tətbiq olunan metodların müasirliyi və ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Kollecində Azəbaycan dövlətinin müstəqilliyi, onun qorunub saxlanması sahəsində ümummilli liderimizin çoxşaxəli fəaliyyəti Heydər Əliyev şəxsiyyətinin keçdiyi maraqlı həyat yolu illər boyudur ki, sistemli şəkildə istər tədris, istərsə də tərbiyə prosesində tələbə gənclərə aşılanır. Bu işin, məntiqi davamı olaraq ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümlərində Kollecdə maraqlı və rəngarəng tədbirlər planlaşdırılır. Həmin tədbirlər sırasında kollecdə illər ərzində xalqımızın böyük oğlunun həyatı və ictimai siyasi fəaliyyətinə həsr edilmiş çeşidli tədris-metodik, pedaqoji, mədəni-kütləvi tədbirlərə dair materialların, haqqında dərc etdirilmiş yazılar bir kitabda (“Zəmanəmizin ən böyük Azərbaycanlısı”,Bakı-2012-ci il,25,5 çap vərəqi”) çap olunmasıdır.Kitabda Ulu öndərin dilindən və qələmindən çıxan hər bir sözdə, kəlmədə dahi insana xalq inamı və sevgisi, azərbaycançılıq, dövlətçilik,çox səmimi və tutarlı səslənir. Qələmə alınan hər bir mövzunun adında belə Heydər Əliyev şəxsiyyəti və irsini lakonik ifadələrlə təbliğ edir: “Ölkəni xilas edən boyiik qayıdış”, Heydər Əliyev və təhsil”, “Sönməz məşəl”, “Heydər Əliyev və qadın hərəkatı”, “Hamı üçün doğma və əziz” və s. başlıqlı yazılar dahi rəhbərimiz haqqında həqiqətlərin ilk göstəriciləri kimi qəbul edilə bilər. Kollec müəllimlərinin elmi-praktiki konfranslarda, dəyirmi masalarda çıxışlarından, KIV-də dərc, olunmuş yazılarından, başlıcası isə pedaqoji kollektivin tədris prosesində Heydər Əliyev irsinin müasir təlim texnologiyaları vasitəsilə öyrədilməsi üzrə materiallar təcrübi nümunə kimi dərc olunur,digər pedaqoji kollektivlərdə istifadə edilmək üçün tövsiyə xarakteri daşıyır. Müəllimlərin yazdıqları məqalə- məruzə və ssenariləri mütaliə etdikcə Ulu Öndərin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyimini bir daha təsdiqləyirsən. Tələbə yaradıcılığı ilə əlaqədar materiallar dahi rəhbərin irsinə və ideyalarına gənclərimizin sədaqətinin meyarı kimi dəyərləndirilə bilər. Gənclərə xüsusi qayğı və diqqəti göstərən, əməli işlərdə onlara güvənən Ulu Öndərə gəncliyin, tələbələrin sevgisini onların inşa yazılarında, şeirlərində, onların özlərinin qələmindən çıxan ifadələrdə daha aydın görmək olur. Orta ixtisas məktəbi tələbələri arasında 1998-ci Idən başlayaraq hər il keçirilən respublika inşa müsabiqəsinin qaliblərindən biri olan tələbə Aynurə Qeybulla qızının yazısında Ulu Rəhbər “Azərbaycanın sərvəti” adlandırılır; bundan böyük sevgi ola bilərmi?! Tələbə qızın zəmanəmizin ən böyük Azərbaycanlısı haqqında ürəyindən gələn bu səs bütün tələbələrimizin ürəyindən gələn səs kimi qəbul edilməlidir.Bu istək tələbə-gənclərin Heydər Əliyevə məhbbətindən,bu məhəbbət isə tədris müəssisəsində aparılmış sistemli,məqsədyönlü pedaqoji yanaşmadan yaranmışdır. Burada məktəbdə keçirilən tədbirlərin, elmi-praktik konfransların, ədəbi-bədii gecələrin, dəyirmi masaların, interaktiv dərslərin, gənclərin Heydər Əliyev siyasi kursu, onun Azərbaycan- çılıq ideyaları, vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunması baxmımdan xüsusi əhəmiyyət daşıyır, ilk növbədə kollecdə hazırlanan gənc müəllimlərə gələcək peşə fəaliyyətlərində bu ideyaların gələcək nəslə öyrədilməsinin nəzəri və əməli yollarını göstərir.Kollecin təcrübəsində toplanan materiallar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öpyrənilməsinin konseptual məsələlərini səciyyələndirir:

-Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin, Dövlət atributlarının müstəqil Azərbaycanın Konstitusiyasında təsbit olunmasının təbliği;

-Azərbaycan dilinin Dövlət dili kimi təsbit olunması və dünya dilləri sıırasında tanıdılması sahəsində Heydər Əliyevin ardıcıl fəaliyyəti;

-Ölkənin bütün təhsil və tərbiyə müəssisələrində Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının məna və məzmununun tədrisi ideyasının ilk dəfə Heydər Əliyev tərəfindən irəli sürülməsi və bu ideyanın gerçəkləşməsi üçün dövlətçilik atributlarının dərindən öyrənilməsinin və təbliğinin həyata keçirilməsi ;

-Dövlət rəmzlərinin mahiyyəti və əhəmiyyətinin gənc nəslə aşılanması, onların Azərbaycan bayrağına, gerbinə və himninə sədaqət və məhəbbət ruhunda tərbiyə edilməsi;

-Gənclərdə vətənə, millətə, xalqa sədaqət və məhəbbət ruhunun yüksəldilməsində, tədris prosesində yeni təlim üsullarından istifadə olunması;

-Vətənə sevgi, vətənpərvərlik, hərbi vətənpərvərlik, vətəni və müstəqilliyimizi qorumaq, vətəndaşlıq tərbiyəsi;

-Heydər Əliyev tərəfindən ölkənin iqtisadi cəhətdən dirçəldilməsi, siyasi cəhətdən beynəlxalq aləmdə tanınması və təmsil olunması yollarının müəyyənləşdirilməsi, həyata keçirilməsinin gerçəkləşdirilfnəsi yollarının gənc nəslə çatdırılması üsulları;

-Ölkənin iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, enerji, sosial, idman, rabitə və nəqliyyat və sair sahələrin demokratik prinsiplər əsasında idarə olunması üzrə Heydər, Əliyev kursunun nailiyyətlərinin nümunələr əsasinda gəııcləçə çatdırılması;

Orta ixtisas təhsili müəssisələrində,o sıradan, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli liderimiz Heydər Əliyev irsinin, onun azərbaycançılıq ideologiyasının təbliği və təşvii üzrə toplanmış təcrübənin digər təhsil müəssisələri üçün də örnək olacağığını düşünürük.

Azərbaycançılıq ideologiyasının təhsil müəssisələrində təşviqi məsələlərinə dairmövzumuzu Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,Partiyanın Qadınlar Şurasının sədri, Respublikamızın əməkdar müəllimi professor Nurlana xanım Əliyevanın“Əbədiyaşarlıq fəlsəfəsi” adlı məqaləsində qeyd etdiyi kimi, “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir,Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mənazərbaycanlıyam” deyən ümummilli liderimiz sanki Azərbaycana, azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz simasında bir araya gətirmiş və bununla özü də canlı Azərbaycana çevrilmişdir”.

“Zəmanəmizin ən böyük Azərbaycanlısı” Azərbaycan Dövlət Pedaqoji Kollecinin nəşri, “Nurlan”,Bakı-2012-ci il,səh. 99-110